AMİA.AZ xəbər verir ki, Bakıda bir neçə şəxs tikinti şirkətinin ofisinin önündə etiraz aksiyası keçirib.
Onların sözlərinə görə, “Olympus Park” şirkəti binanı 24 ay ərzində təhvil verməli olsa da, evləri 5 ildir ki, sökülüb, əvəzində hələ də ev verilməyib. Sakinlər deyiblər ki, 5 ildir, şirkət rəhbəri Rafael Qarayevin üzünü görməyiblər. O, müxtəlif bəhanələrlə sakinlərlə görüşdən yayınır. Sakinlər onlara ayrılan kirayə pullarının kəsilməsinə, vaxtlı-vaxtında verilməməsinə, mülkiyyət hüquqlarının pozulmasına etiraz edirlər. Bildirilib ki, şirkət tərəfindən layihədə dəyişiklik edilib, otaqların sayında isə əksiklik var.
Qeyd: Layihə çərçivəsində Ceyhun Hacıbəyli, Təbriz, Sahib Zamanov küçələrinin kəsişdiyi ərazidə 120 ailənin evi, 20-yə yaxın qeyri-yaşayış obyekti sökülüb. Söküntü işləri 2018-ci ildən “N-Turan MMC” tərəfindən başladılıb, “Olympus Park” isə 2019-cu ildən layihəyə qoşulub. Şirkətin adı mediada tez-tez qanunsuz əməllərlə bağlı hallanır. Pravda.az