AMİA.AZ xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfəri öncəsi media üçün keçirdiyi brifinqdə bildirib.
O, həmçinin qeyd edib ki, regionla heç bir bağlılığı olmayan liderlə yox, məsələnin içində olan şəxslərlə - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanla birlikdə görüş keçirə bilər:
“Addımlarımızı da buna uyğun ataq. Bu barədə bizə müsbət və ya mənfi bir cavab verilməyib. Məsələ ilə bağlı cənab Əliyevlə də müzakirələr aparacağıq. Danışıqları genişləndirəcəyik və məsələləri yaxından izləyəcəyik”, - deyə Türkiyə lideri bildirib.Oxu.Az