AMİA.AZ xəbər verir ki, bu məlumat Azərbaycan və dünya mətbuatında, o cümlədən sosial şəbəkələrdə geniş şəkildə yayılıb.
Lakin, çox qəribədir ki, rəsmi dövlət qəzeti olan və Milli Məclisin rəsmi mətbu orqanı hesab edilən “Azərbaycan” qəzeti bu xəbəri dünən - 10 sentyabr tarixində 8-ci səhifəsində “Ayın cənub qütbünə ilk eniş edilib” başlığı ilə oxucularına çatdırıb.
Qeyd edək ki, təxminən 2 ay əvvəl qəzetin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı bildirib ki, hər il “Azərbaycan” qəzetinə ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı göstərilməsə “Azərbaycan” qəzeti bağlanacaq.Ekonominfo.az

