kargo
kargo

İsmayıllıda şəhid bulağının açılışı oldu - VİDEO

206
Bu gün İsmayıllı rayonunun Qalacıq kəndində, şəhid Taryel Bayram oğlu Xanadanovun xatirəsinə inşa edilmiş bulağın açılışı olub.

AMİA.AZ xəbər verir ki, açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimayyət və media nümayəndələri iştirak edib. Mərasimdə Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi bildirilib, qələbənin tarixi əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, əsgər kimi igid oğullarımızın sayəsində “Zəfər Günü” tarixə yazılıb. Qələbə sevincini yaşadan şəhidlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Şəhidin qardaşı göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqını bildirib.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ