kargo
kargo

Jirinovski öz ampulasında: “Nazarbayev çoxdan ölüb, basdırıblar...”

245
Rusiyanın Liberal Demokratik partiyasının rəhbəri Vladimir Jirinovski yenə açıqlaması ilə gündəmə gəlib.

AMİA.AZ xəbər verir ki, Jirinovski Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin çoxdan öldüyünü və artıq dəfn edildiyini iddia edib.

O, bu fikirini Nazarbayevin uzun müddətdir ki, ictimaiyyət qarşısına çıxmaması ilə əsaslandırıb. Partiya sədri bu sensasion iddianı “Komsomolskaya Pravda” radiosunun efirində səsləndirib.

“Məncə, o, çoxdan ölüb. Çoxdan vəfat edib və basdırılıb. Müsəlmanlar həmin gün dəfn edirlər. Bu cür sakit gizlənmək, heç nə deməmək və həyatda olmaq? Mümkün deyil, bu istisnadır", - deyə Jirinovski danışıb.

Siyasətçi bildirib ki, hadisələrin bu cür gedişatı “Şərqdə normal sayılır”. Xalq Nazarbayevə kütləvi şəkildə qarşı çıxdığına görə eks-prezidentdən qurtula da bilərdilər.Yenisabah.az
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ