kargo
kargo

Türkiyənin məşhur mərc oyunu Azərbaycanda - "AZƏRLOTOREYA"DAN 4 YENİ TƏKLİF

304
Azərbaycanda bəxt (lotoreya) və mərc oyunlarında yeni dövr başlayır.

AMİA.AZ xəbər verir ki, 2021-ci ildə “Azərlotereya”nı idarəetməyə götürən Türkiyənin “Demirören Holding” şirkəti investisiyalarını artırmaq qərarına gəlib. Belə ki, Yanvarın 17-dən etibarən 4 fərqli lotoreya (şans və mərc oyunları) təklif olunacaq. Yanvarın 15-də Bakıda yeni lotoreyaların təqdimat mərasimi keçirilib. Təklif olunacaq yeni məhsullardan biri “Misli”dir. Bu mərc oyunu Türkiyədə çox məşhurdur. “Misli” futboldan at yarışlarına qədər bəxt sınamaq imkanı təqdim edir.
Mərasimdə “Demirören Holding”in İdarə Heyətinin sədri Yıldırım Demirören, iş adamı Kıvanç Oktay, “Demirörən”in İdarə Heyətinin üzvü Sinan Oktay, Yıldırım Demirörənin oğulları oğulları Erdoğan ve Emre Cemal Demirören, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak ediblər.

Mərasimdə çıxış edən Yıldırım Demirörən, “"Demirörən” qrupu Türkiyədə dövlətin ortaqlığı ilə idarə olunan şans oyunu sektorunda 2 il kimi qısa müddətdə böyük bir irəliləyiş əldə edib. Bu sektorda dünyanın ən yaxşı 3 təşkilatıdır. İndi Türkiyədə qazanılan təcrübənin Azərbaycana köçürülməsi zamanıdır",- deyib.

Yıldırım Demirörən qeyri-qanuni mərc oyunlarının qarşısının alınması məsələsinə də toxunub. O, investisiya qoyuluşunun vacibliyini vurğulayıb.

"Misli”nin reallaşması ilə Azərbaycan ölkə iqtisadiyyatına daha çox töhfə verəcək. Geniş oyun portfeli ilə qara bazarla mübarizədə mühüm rol oynayacaq", - o deyib.

Yıldırım Dəmirörən çıxışından sonra iqtisadiyyat naziri Mikayıl Cabbarova plaket təqdim edib. Cabbarov bildirib ki, “Demirören Holding”in fəaliyyəti Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, "Şans oyunlarına investisiyalar Azərbaycanda həyəcan yaradıb. Bu, Azərbaycanın qeyri-neft sektorunun güclənməsinə və ödənilən vergilərlin artmasına töhfə verəcək. “Demirören Holdinqin bu sahədə fəaliyyət göstərməsi vacibdir. “Demirören Holding”in Azərbaycanda səhiyyə və digər sahələrdə fəaliyyət göstərməsi vacib və dəyərlidir”,- deyib.
"Demirören Holding" media, turizm, təhsil və şans oyunları sektorunda Türkiyənin aparıcı şirkətlərindən biridir.

Türkiyənin məşhur mərc oyunu Azərbaycanda - "AZƏRLOTOREYA"DAN 4 YENİ TƏKLİF
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ