kargo

İctimai nəzarətin effektiv təşkili haradan başlayır?

İctimai nəzarətin effektiv təşkili haradan başlayır?

250
Ötən şənbə günü Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu” mövzusunda tədbir keçirdi.

Formallıqdan və konyukturdan uzaq müzakirələr zamanı ictimai nəzarət sahəsindəki problemlər açıq şəkildə səsləndirildi. Konkret təkliflər irəli sürüldü.

Müzakirədə tam olaraq səsləndirə bilmədiyim bir neçə təklifimi buradan çatdırmaq istəyirəm.

Təbii ki, korrupsiyaya qarşı mübarizə və digər məsələlərlə bağlı ictimai nəzarəti QHT-lərlə yanaşı, media, həmçinin, hər bir vətəndaş fərdi şəkildə həyata keçirə bilər. Burada məhduiyyət yoxdur. Lakin, ictimai iştirakçılığın, ictimai nəzarətin artıq ölkəmizdə institutlaşmış platforması ictimai şuralardır. Hesab edirəm ki, icra hakimiyyəti orqanları üzərində ictimai nəzarətin effektiv təşkili yollarından biri ictimai şuraların fəaliyyətinin gücləndirilməsi ola bilər.

Bunun üçün təkliflərim aşağıdakılardır.

- “İctimai iştirakçılıq haqqında” Qanuna bir sıra dəyişikliklər olunmalıdır.

İctimai şuraların müvafiq icra hakimiyyətləri orqanlarının fəaliyyətinə ictimai nəzarət mexanizmi Qanunda konkret göstərilməlidir. Mövcud Qanunda “İctimai şuraların hüquq və vəzifələri” bölümünə yalnız hansısa layihələrlə tanışlıq və icra hakimiyyətinə təkliflər vermək, ictimai təşəbbüslərlə çıxış etmək kimi müddəalar yazılıb. Ictimai nəzarətin hansı formada həyata keçiriləcəyi göstərilməyib.

- İctimai şuralara seçkilərin təşkili və ümumiyyətlə, bu proses müvafiq icra hakimiyyətinin nəzarətindən çıxarılmalıdır. Necə ola bilər ki, icra hakimiyyəti orqanı onun fəaliyyətinə ictimai nəzarəti həyata keçirəcək şuranın formalaşmasında dolayı yolla iştirak etsin... İctimai şuralara seçkilər icra hakimiyyəti orqanlarından kənar məkanlarda keçirilməlidir. İctimai şura kənarda formalaşmalıdır. Məncə, bu işi QHT-lərə Dövlət Dəstəyi Agentliyi tənzimləyə, təşkil edə bilər.

- İctimai şuraların formalaşması zamanı müvafiq icra hakimiyyəti orqanının fəaliyyət sahəsi üzrə profilləşmiş QHT-lərin təmsilçiliyi əsas götürülməlidir. Nazirlik, komitə və digər İH orqanı ilə QHT-nin fəaliyyətində bir uyğunluq olmalıdır.

- Bir şəxsin bir neçə ictimai şurada təmsilçiliyinə məhdudiyyət qoyulmalıdır. Bununla, daha çox vətəndaş cəmiyyəti fəalının ictimai nəzarət işinə cəlb edilməsinə nail olmaq olar.

Aqil Camal

"Ortaq Dəyərlər" İctimai Birliyinin sədri
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ