Digər tərəfdən, bankların özü də dollar satışını məhdudlaşdırıb. Bu o deməkdir ki, əhalidən aldıqları dollar həcmi də onların tələbatını təmin etmir. Nəticədə, ajiotaj, panika artır və dollara tələb də yüksəlir”.
AMİA.AZ “Ölkə.Az”a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Əkrm Həsənov deyib. O bildirib ki, hazırda devalvasiyanın olacağı haqda söz-söhbətlər də artıb: “2015-ci ilin fevral və dekabr aylarında da devalvasiya öncəsi dollar tapmaq mümkün deyildi. Lakin devalvasiya böyük ehtimalla olmayacaq. Çünki 2015-ci ildən fərqli olaraq neftin qiyməti yüksəkdir. Digər makroiqtisadi faktorlar da devalvasiyanın olacağı ehtimalını azaldır. Həmçinin qiymət artımı fonunda hökumətin devalvasiyaya getmə ehtimalı azdır”.
Ekspertin sözlərinə görə, yeganə ehtimal kimlərinsə “qara bazar”ı aktivləşdirmək istəyi ola bilər: “Dollara çox ehtiyacı olanlar “qara bazar”a üz tutur və oradan bankların məzənnəsindən yüksək qiymətlə istədiyi qədər ABŞ dolları alır”.