kargo

Qafarova: Səfər Mehdiyev zəng edib dedi ki... - "Deputatların qanunsuz biznesi" açıqlaması

Qafarova: Səfər Mehdiyev zəng edib dedi ki... - "Deputatların qanunsuz biznesi" açıqlaması

302
Deputat Gömrük Komitəsinin sədrinin dediklərinə aydınlıq gətirilməsini istəyib.

AMİA.AZ xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında deputat Elşən Musayev Gömrük komitə sədri Səfər Mehdiyevin verdiyi müsahibədə bəzi deputatları qanunsuz biznesdə məşğul olmaq barədə dediklərinə aydınlıq gətirilməsini parlament rəhbərliyindən xahiş edib.

"Ola bilsin onun dedikləri konteksdən çıxarılıb. Bu məsələyə mütləq aydınlıq gətirilməlidir. Çünki müsahibədə konkret adlar yox, "deputatlar" ifadəsi istifadə olunur. Bu, deputatlara qarşı xoş olmayan ifadədir", - o deyib.

Milli Məclis sədri Sahibə Qafarova deyib ki, dünən Gömrük Komitə sədri ona zəng edərək dediklərinin təhrif olunduğunu bildirib.

"Mən deputatları yox, məmurları nəzərdə tutaraq bu ifadəni işlətmişəm", - spiker deyib.Ölkə.Az
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ