kargo

Maaşından pul çıxılan şəxslər üçün AÇIQLAMA - Yeniliklər olacaq

Maaşından pul çıxılan şəxslər üçün AÇIQLAMA - Yeniliklər olacaq

304
"İcbari tibbi sığorta sistemindən yararlanmaq üçün verilən göndərişlərdə yeniliklər olacaq".

AMİA.AZ "report"a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov deyib.

Şöbə müdiri bildirib ki, bu həftə ərzində göndəriş vərəqələrinin verilməsi qaydalarında bəzi dəyişikliklər olacaq: "Müştərək maliyyələşmə ilə bağlı müddəalar qüvvəyə minənədək yalnız stasionar yatış üçün dövlət tibb müəssisələrində göndəriş vərəqəsi tələb olunacaq. Hər hansı ambulator xidmət üçün göndəriş vərəqəsi tələb olunmayacaq. Vətəndaş dövlət tibb müəssisəsində ambulator tibbi xidmət və müayinələrdən göndəriş vərəqəsiz keçə biləcək. Stasionar xidmətə ehtiyac yarandıqda ya müayinə edən həkim və ya ərazi üzrə ilkin səhiyyə xidməti göndərişi təmin edir və göndəriş əsasinda planlı yatış xidmətindən istifadə mümkün olur".

O qeyd edib ki, bundan savayı başqa dəyişikliklər nəzərdə tutulmayıb: "Digər yenilik odur ki, vətəndaş birbaşa göndərişsiz özəl tibb müəssisəsinə müraciət etdikdə və təcili xidmətə ehtiyac olduqda bu halda bizimlə müqaviləsi olan tibb müəssisəsi agentliyin mail ünvanında sorğu yaradır və agentliyin əməkdaşları tərəfindən həmin xidmətlərin dövlət tibb müəssisəsində göstərilməməsi, xidmətlər zərfinə daxil olub olmaması araşdırılır. Xəstəliyin həqiqətən təcililiyi əsaslandırılanda və bu xidmətin dövlət tibb müəssisəsində olmadıqda mail vasitəsilə həmin xəstəyə tibbi xidmətin göstərilməsi uyğun görülür. Amma hər hansı planlı əməliyyat və ya digər planlı xidmətlər üçün vətəndaş birbaşa özəl tibb müəssisəsinə müraciət etdikdə ona öz hesabına xidmətlər göstəriləcək".
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ