kargo

Şəhid övladının Mübariz İbrahimov haqqında dediyi şeir - VİDEO

Şəhid övladının Mübariz İbrahimov haqqında dediyi şeir - VİDEO

911
2016-cı il Şanlı aprel döyüşləri zamanı şəhid olan polkovnik Vüqar Yusifovun oğlu Yusif Yusifzadənin səsləndirdiyi şeir maraqla qarşılanıb.

AMİA.AZ xəbər verir ki, o, Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə bu şeiri səsləndirib.

Şeirin mətni belədir:

Böyük vətən eşqi var,

İgid, ərən, qəhrəman.

Mübarizlər könlündə,

Bir an belə dönməyən,

Bu sevgidən ömründə.

Yəqin bil ki, Elnur da,

Polad, Vüqar, Raquf da,

Möhür vurdu, iz qoydu,

Vətən eşqi yolunda...”.


Qeyd edək ki, Vüqar Nurəddin oğlu Yusifov 2 noyabr 1976-cı ildə Şəmkrin Şiştəpə kəndində anadan olub. Silahlı Qüvvələrimizin polkovniki 2016-cı il Şanlı aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Şəhidimiz doğulduğu kənddə böyük izdihamla dəfn edilib. Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Şəhid zabitimizin Ayan, Aytən və Yusif adlı övladları yadigar qalıb.

Amia. Az saytının whatsapp və əlaqə nömrəsi 055 776-53-60

XƏBƏR LENTİ