kargo

SON DƏQİQƏ! Azərbaycan 6 ölkəyə QADAĞA QOYDU - BUNDAN SONRA...

SON DƏQİQƏ! Azərbaycan 6 ölkəyə QADAĞA QOYDU - BUNDAN SONRA...

78676
Daha 6 ölkədən diri quş və quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb.

AMİA.AZ-a bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rusiya Federasiyasının Stavropol diyarında, Nigeriya Federativ Respublikasının Oyo, Taraba, Anambra, Enuqu, Rivers, Oqun, Abia, Federal paytaxt ərazisi və Akva İbom ştatlarında, İtaliya Respublikasının Friuli-Venesiya-Culiya regionunda, Belçika Krallığının Flandriya əyalətində və Pakistan İslam Respublikasının Şimal-Qərb Frontier regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Nigeriya Federativ Respublikasından, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiya Federasiyasının Stavropol diyarından, İtaliya Respublikasının Friuli-Venesiya-Culiya regionundan, Belçika Krallığının Flandriya əyalətindən və Pakistan İslam Respublikasının Şimal-Qərb Frontier regionundan diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, Nigeriya Federativ Respublikasından, habelə digər qeyd olunan ölkələrin adıçəkilən inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasından, Nigeriya Federativ Respublikasından, İtaliya Respublikasından, Belçika Krallığından və Pakistan İslam Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ