kargo

Deputat: ““Poz, qazan” lotoreyasının qadağan edilməsi doğru deyil, kimsə çörək pulunu verirsə...”

Deputat: ““Poz, qazan” lotoreyasının qadağan edilməsi doğru deyil, kimsə çörək pulunu verirsə...”

78676
“Azərbaycan sivil, demokratik, milli ruhunu qoruyub saxlamaqla beynəlxalq əlaqələrini inkişaf etdirən ölkədir. Belə bir ölkədə “Poz, qazan” lotoreyasının qadağan edilməsi doğru deyil”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Deputat qeyd edib ki, lotoreya, bütün dünyada oynanılır və qiyməti də baha deyil: “Köşklərin qarşısında yaranan növbələrin qismən azaldılması üçün çıxış yolu həmin lotoreyanın satışını digər dükanlarda da təşkil etməkdir. Bəzi vətəndaşların doğrudan da, son qəpiklərini, çörək pullarını da “Poz, qazan” lotoreyasına verdiklərinə görə həmin latoreyanın qadağan olunması tələb edilirsə, onda gəlin, ölkədə siqareti və spirtli içkiləri də qadağan edək. Fikrimcə, bu lotoreya Azərbaycanda fəaliyyətini davam etdirməlidir. Nəzərə almaq lazımdır ki, həmin lotoreya artıq 30-35 ildir ki, bütün dünyada qəbul edilib. Bunun ləğv edilməsinin tərəfdarı deyiləm. Sadəcə olaraq, satışının rahat təminatı və növbələrin qarşısını almaq üçün lotoreyalar bütün supermarketlerdə satılmalıdır. Alan adama demək olmaz ki, sonuncu çörək pulunla sənə lotoreya sata bilmərəm. Əgər kimsə son pulunu ona verirsə, burda cəmiyyətin, ya da dövlətin nə günahı var?! Bir çox şeylərə qadağa qoymaq mümkündür, lakin insan özü də şüurlu qərar verməlidir. Onsuz da kazinolar, lotoreyalar hamısı bəxt işidir. Bəxti sınamağa da dəyməz, amma bu lotoreya ən ucuzu və ən sadəsidir”.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ