kargo

Gənc nazir Beyləqan təhsilinə NİYƏ ƏL GƏZDİRMİR? - İTTİHAM

Gənc nazir Beyləqan təhsilinə NİYƏ ƏL GƏZDİRMİR? - İTTİHAM

78676
Azərbaycan təhsilində “balaca padşahların”- məktəb direktorlarının özbaşınalıqları, qanunsuz əməlləri barəsində kifayət qədər məlumatlar var. Özünü məktəb direktorundan çox keçmiş kolxoz sədrləri kimi aparan bir para “təhsil xadimləri” sözün əsl mənasında Azərbaycan təhsilinə od qoyurlar, anasını ağladırlar. Çox maraqlıdır ki, Təhsil nazirliyinin və digər əlaqədar qurumların yetkililəri isə baş verənlərə göz yumur, bir növ olanlara rəvac verirlər.

AMİA.AZ xəbər verir ki, rubrika.az saytına Beyləqan şəhər 6 saylı tam orta məktəbdə baş verənlərlə bağlı olduqca ilginc məlumatlar daxil olub. Hər halda deyilənlər istənilən təhsil ocağı ilə bağlı çox ciddi arqumentlərdir və bu barədə indiyə qədər lazımi tədbirlər görülməyibsə deməli ortada nə isə bir müəmma var. Məlumata görə Beyləqan şəhər 6 saylı tam orta məktəbi direktor Hüseyn Abasquliyevin sanki özəl müəssisəsidir. Çünki məktəbi təkcə o yox, həm də həyat yoldaşı idarə edir. Məktəbdə işləyən 25 nəfər müəllimin 15-nin dərs saatları şişirdilib və əlavə saatlar direktor tərəfindən mənimsənilir. Həmçinin məktəbdə bir xeyli “ölü ştatlar” da saxlanılır ki, onların adına yazılan əmək haqqları bilavasitə direktor tərəfindən mənimsənilir. Sadəcə bir faktı demək kifayətdir ki, məktəbdə adı işdə gedən xadimələrin çoxunu heç kim tanımır. Hüseyn Abasquliyev 3 xadimənin adına yazdığı əmək haqqlarını hər ay cibinə qoyur.
Direktorun digər bir qazanc mənbəyini adam heç dilinə dolamaq istəmir. H.Abasquliyev ayda bir-iki dəfə H.Əliyevə və İlham Əliyevə həsr olunmuş kitabları müəllim və şagirdlərə satdırmaqla bir xeyli qazanc əldə edir. Məktəblər adətən ildə bir dəfə təmir olunmasına baxmayaraq H.Abasquliyev şagirdlərdən demək olar ki, hər ay təmir adə altında pul toplatdırır.
Məktəbdə təkcə adı olub özü olmayan işçilər deyil. Belə şagirdlərin də sayı bir xeylidir. Yuxarı siniflərdə adə gedib özü dərsə gəlməyən belə şagirdlər də direktorun əlavə qazanc mənbəyidir.
Verilən məlumata görə məktəb daxili işləri H.Abasquliyev idarə etsə də həyat yoldaşı bir növ xarici işlərlə məşğul olur. Deyilənə görə Beyləqan rayon Təhsil Şöbəsinin müdiri ilə söhbətlərə də o gedir.
Biz aldığımız məlumatları dilə gətirdik. Düşünürük ki, əlaqədar qurumlar da bundan sonra hərəkətə keçərlər.
P.S. Aldımız məlumatlara görə Təhsil nazirliyi tərəfindən Beyləqan rayonunda aparılan yoxlamalar nəticəsində sadaladığımız faktların böyük qismi öz təsdiqini tapıb. Hətta H. Abasquliyevin müxtəlif vasitələrlə özünü xilas etməyə çalışdığı da bildirilir. Amma nazirliyin hələ ki, qəti tədbir görmədiyi çox maraqlıdır. Bəlkə bizə məlum olmayan başqa səbəblər var?
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ