kargo

Fransa Prezidenti Azərbaycan dilində paylaşım etdi - FOTO

Fransa Prezidenti Azərbaycan dilində paylaşım etdi - FOTO

78676
Fransa Prezidenti Emmanuel Makron feysbukdakı hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib.

AMİA.AZ xəbər verir ki, o, Azərbaycan dilində status yazıb:

"Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik”, - paylaşımda bildirilib.

Daha sonra o, qeyri-formal keçirilən üçtərəfli görüşdə şəkil paylaşaraq fransızca, azərbaycanca və ermənicə yazıb: "Ermənistan, Azərbaycan, birlikdə!”

Qeyd edək ki, dekabrın 15-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.

Fransa Prezidenti Azərbaycan dilində paylaşım etdi - FOTO
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ