kargo

Prezident “Tibbi sığorta haqqında” Qanununa DƏYİŞİKLİK ETDİ

Prezident “Tibbi sığorta haqqında” Qanununa DƏYİŞİKLİK ETDİ

78676
Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliyi təsdiq edib.

AMİA.AZ xəbər verir ki, qanuna əsasən, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinin tətbiqi proseduru daha 1 il təxirə salınıb.

“Tibbi sığorta haqqında” qanunda nəzərdə tutulan sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə qanunun 15-28.3-cü və 15-28.4-cü maddələri 2023-ci il 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək.
Beləliklə, 2023-cü il 1 yanvar tarixindən ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməli olacaq.

Bu, 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ