kargo

Direktor dövlət maaşı ilə QANE OLMUR: Hər bayram cibi BAYRAM EDİR – ŞİKAYƏT

Direktor dövlət maaşı ilə QANE OLMUR: Hər bayram cibi BAYRAM EDİR – ŞİKAYƏT

78676
Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Haqverdiyev 33 ünvanında yerləşən E.Ağayeva adına 198 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisələrin baş verdiyi haqqında məlumat yayılıb.

AMİA.AZ Reportyor.org-a istinadən xəbər verir.

Belə ki, direktor Şəlalə xanım Nadirovanın yol verdiyi peşə yanlışları və şərait yaratdığı boşluqlar təhsil ocağını korrupsiya beşiyinə çevirib.

Məlumata görə, istisnasız hər bayram müəllim və şagirdlərdən yığılan “pay”lar həm məktəbdaxili sisemin nümayəndələrində, həm də valideynlərdə bezginlik duyğusu yaradıb. Təhsil ocağında yaranan natəmiz şərait pandemiya dövründə yetərincə təhlükə saçmırmış kimi, üstəlik, məktəbin həyətinə yığılan itlər vəziyyəti daha da qəlizləşdirir. İtlərin hücumları nəticəsində azyaşlıların psixologiyasında yaranan problemləri də ürək ağrısı ilə nəzərinizə çatdırırıq… Eynən məktəbin həyətində itin hücumuna məruz qalan övladı haqqında saytımıza məlumat verən valideyn kimi…

Novruz bayramı münasibətilə Şəlalə xanımın əmri ilə Bayram şənliyi üçün 10 manat pul yığılmasını da qeyd edək. Ümid edirik ki, direktorun bayram payını verməyə maddi imkanı çatmayan şagirdlərdə həmin şənlikdə iştirak edərlər.

Direktor Şəlalə Nadirova məktəbdaxili hazırlıq qrupu yaradıb, hər şəgirdən aylıq 40-50 manatdan pul yığır.

Hazırlıq qrupundan nə təhsil nazirliyinin, nədə Bakı şəhər təhsil idarəsinin xəbəri var.

Qeyd edək ki, direktor Şəlalə Nadirova məktəbdə öz qanunları ilə fəaliyyət göstərir

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Direktor dövlət maaşı ilə QANE OLMUR: Hər bayram cibi BAYRAM EDİR – ŞİKAYƏT
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ