kargo

“Əvvəl qayınatamı, sonra atamı çağırdım” - Məktəb rəhbəri bufetçini döyüb?+VİDEO

“Əvvəl qayınatamı, sonra atamı çağırdım” - Məktəb rəhbəri bufetçini döyüb?+VİDEO

78676
Tovuzda orta məktəbdə direktor əvəzi olaraq çalışan qadın məktəbin həyətində bufetçi qadınla dalaşıb.

AMİA. AZ ATV-yə istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndi Sahib İskəndərov adına tam orta məktəbdə baş verib.

Uzun illərdir məktəbdə bufetçi işləyən qadın bildirib ki, direktor əvəzi Gültəkin Nəsibova ona bufeti işlətməməsini deyib, o, buna etiraz edəndə isə döyülüb:

"Mənim məktəbin içində dükanım var, bufetdir. Onu qoymur açmağa. Üç aydır məktəb açılandan, qərar veriləndən qoymadı, dedi ki, mən öz adamlarıma verəcəyəm. Məni saçımdan tutub sürümək istədi”.

Bufetçini döyməkdə ittiham olunan Gültəkin Nəsibova bildirib ki, həmin bufet qeyri-qanuni tikilidir:

"Kabinetimə daxil olaraq, mənə hücum ediblər. Nalayiq sözlərlə məni təhqir ediblər. Mən öz təhlükəsizliyimi təmin etmək üçün əvvəlcə qayınatama, sonra atama zəng eləmişəm. Qayınatam polisə müraciət edib”.

Tərəflər bir-birini ittiham edir. Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır: "Araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ