kargo

Sumqayıt təhsilindən narazı olan müəllim nazirdən kömək istədi-Şikayət

Sumqayıt təhsilindən narazı olan müəllim nazirdən kömək istədi-Şikayət

78676
“Hörmətli Nazir, mən Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbdə ibtidai siniflərdə musiqi fənnini tədris edirəm. Amma ixtisasım ibtidai-metodikadlr. 20 il öz ixtisasım üzrə çalışmışam”.

Bu sözlər ibtidai sinif müəlliməsi Səbinə Ramazanova facebook səhifəsindən təhsil nazirinə müraciət edərkən yazıb.

Sumqayıt təhsilindən narazı olan müəllim nazirdən kömək istədi-Şikayət

Daha sonra narazı müəllimə yazır:

“8 ildir təzə müdir Vladimir İbrahimov gələndən musiqi fənnini tədris edirəm. Sinif tələb edəndə müdir deyir ki, “əcəb edirəm, sənə sinif vermirəm, hara gedirsən get, kimə isteyirsən de…”


Necə ola bilər ki, Şəfiqə müəllimə işlədiyi gimnaziyada rus dili müəllimi işləyib, bizim məktəbdə isə Azərbaycan “sektor”unda ibtidai sinif müəllimi, Ofelya müəllimə Əmək müəllimi işləyib, Şərqiyyə müəllimə rus dili müəllimi Həmzəyeva Aynur ADPU-nun nəzdində açılmış xanımlıq ixtisasını bitirmiş, ibtidai sinif müəllimi Zülfüqarlı Aynurə müəllimə Xarici Diller Universitetinin 1 kursunda oxuduqdan sonra yarımçıq oxumus, hardansa pulla diplom əldə etmişdir.

İxtisasları basqa olduqları halda təqaüdə çıxmış və sonradan direktorun göstərişi ilə məktəbə qayıtmış Nailə müəllimə yenidən Əmək dərsini tədris etdiyi halda mən niyə öz ixtisasımdan kənarlaşmalıyam?”

P.S. Sumqayıt şəhər 21 saylı məktəbdə baş verən nöqsanlar haqqında zaman-zaman sosial mediada coxlu tənqidi materiallar dərc olunub.

Məktəb direktoru V.İbrahimovun məktəbdəki rüşvətxorluq faktı ilə bağlı bir neçə il öncə XəzərTV-nin qaynar xəttinə də şikayət daxil olmuşdu

Əməkdaşımız Sumqayıt şəhər 21 saylı məktəbdəki mövcud şikayətlə bağlı məktəb rəhbərliyi ilə əlaqə saxlaya bilməsələr də bəzi müəllimlərlə telefon əlaqə saxlaya bilib.

Onlar əməkdaşımıza dönə-dönə qeyd edirlər ki, 21 saylı məktəbdə baş verən bu neqativ halların qaynağı,necə deyərlər, ”ilham mənbəyi” - Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Arzu Əlizadədir.

Baş verən bu neqativ hallardan şəxsən Arzu xanımın xəbəri var və dəfələrlə ona məktəbdəki bu özbaşnalıqlarla bağlı şikayət olunub.

Amma heç bir tədbir görülmür. Vladimir müəllim də Sumqayıtın xanım “təhsil şefi” Arzu Əlizadəyə arxayın olaraq müəllim kollektivini incidir,rüşvətxorluq hallarına yol verir.Arzu xanım da bütün bu neqativləri bilərəkdən göz yumur…

Mövzunu diqqətimizdə saxlayacağıq.

İddia olunanlarla bağlı adları çəkilən şəxslərin hər birini dinləməyə hazırıq.turantv.az
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ