kargo

SON DƏQİQƏ! Pandemiya ilə bağlı bu QƏRAR ləğv edildi

SON DƏQİQƏ! Pandemiya ilə bağlı bu QƏRAR ləğv edildi

78676
Azərbaycanda futbol oyunlarını izləyən azarkeşlərin sayına qoyulan limit aradan qaldırılıb.

AMİA.AZ xəbər verir ki , bu barədə qərarı Peşəkar Futbol Liqası (PFL) verib.

Qurum ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarlarını nəzərə alaraq belə addım atıb. PFL azarkeş limiti ilə bağlı dəyişikliyi zəruri sayıb.

Ümumi məsləhətləşmələrdən sonra 30 mart, 1 apreldə keçiriləcək I Divizionun XIX və 2-3 aprel tarixlərində baş tutacaq Premyer Liqanın XXI turunun oyunlarından etibarən stadionlarda azarkeş tutumunun 100% olmasına icazə verilib. Eyni zamanda, jurnalistlərin fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar olaraq miks zonaların təşkili (qapalı məkanda olacaqsa, qoruyucu maskalardan istifadə olunmaq şərti ilə) bərpa olunacaq.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ