kargo

SON DƏQİQƏ! Rusiyada dollar kəskin “ucuzlaşdı”

SON DƏQİQƏ! Rusiyada dollar kəskin “ucuzlaşdı”

647
Moskva birjasında bu gün dolların kəskin şəkildə ucuzlaşdığı haqda məlumat yayılıb.

AMİA.AZ xəbər verir ki, dollar ötən gün ərzində 3,95 rubl düşərək, 75,75 rubl olub.

Avro isə daha çox ucuzlaşıb – gün ərzində 5,55 rubl, hazırda 81,45 rubladır.

Qeyd edək ki, Rusiya banklarına və valyutadəyişmə məntəqələrinə valyuta (dollar/avro) satışı qadağan edilib. Ona görə də dolların "ucuzlaşması” dövlət maraqları üçün sifarişli məzənnədir. Belə ki, birjada dolları yalnız Mərkəzi Bank dövlət xərcləri üçün ala bilir və neçəyə alacağını da özü təyin edir.

Əvəzində Rusiyada valyuta qara bazarı sürətlə inkişaf edir.
Amia. Az saytının whatsapp və əlaqə nömrəsi 070 511-33-00

XƏBƏR LENTİ