kargo

Bill Qeyts koronavirusa yoluxdu – “Peyvənd olunduğum üçün…”

Bill Qeyts koronavirusa yoluxdu – “Peyvənd olunduğum üçün…”

78676
Koronavirusla mübarizədə sərmayələri ilə tanınan Microsoft-un qurucusu Bill Qeyts COVID-19 testinin müsbət çıxdığını açıqlayıb.

AMİA.AZ xəbər verir ki, şəxsi Tvitter hesabından açıqlamalar verən Qeyts, "Peyvənd olunduğum üçün şanslıyam" deyib:

"Yüngül simptomlar yaşayıram və yenidən sağlam olana qədər mütəxəssislərin tövsiyəsi ilə özümü təcrid edirəm".

COVID-19 -un son pandemiya olmayacağını dəfələrlə bəyan edən Qeyts yeni epidemiyanın qarşısını almaq üçün əlamətdar qərar qəbul etmişdi.

Belə ki, lazımi addımlar atıldığı təqdirdə yeni bir pandemiyanın qarşısının alına biləcəyini bildirən Qeyts, qlobal epidemiyaya qarşı reaksiya və səfərbərlik üçün yaradılan GERM komandası adlandırdığı cavab qrupuna ildə 1 milyard dollar sərmayə qoyacağını açıqlayıb.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ