kargo

Tural Abbaslı bu rayonun icra başçısını ifşa etdi: Şəhid anasını 3 saat qapısında gözlədib və... – VİDEO

Tural Abbaslı bu rayonun icra başçısını ifşa etdi: Şəhid anasını 3 saat qapısında gözlədib və... – VİDEO

78676
AĞ Partiya sədri Tural Abbaslı canlı yayım zamanı Neftçala rayonunun icra başçısı Mirhəsən Seyidovun şəhid ailəsini qəbul etmədiyini bildirib.

AMİA.AZ xəbər verir ki, T.Abbaslı veriliş zamanı 2020-ci il oktyabr ayında şəhid olan Neftçala rayon sakini olmuş Məhəmməd Kərimlinin anasının səs yazısını yayımlayıb. Şəhidin anası səsyazısında adıçəkilən icra başçısının qəbuluna getdiyini, lakin 3 saat gözləməyinə baxmayaraq, başçı tərəfindən qəbul olunmadığını bildirib.

Qadın maddi vəziyyətlərinin çox pis olduğunu, həyat yoldaşının isə xəstəlik səbəbi ilə işləmədiyini qeyd edib. Bundan başqa ailənin himayəsində körpə uşaq da var və ərzaq almağa belə imkanları yoxdur.

Tural Abbaslı bildirib ki, İkinci Qarabağ savaşında 6 medal qazanan Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olmuş şəhidin valideyninə qarşı bu cür sayğısızlıq və etinasız yanaşma isə qəbuledilməzdir.

Ətraflı videoya keçid edərək izləyə bilərsiniz:

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ