kargo

“Qarabağ - Əlil döyüşçülər”i Emil Səməndərovun daim diqqətindədir- İdmançılar məşq üçün Balakənə yollandılar - VİDEO

“Qarabağ - Əlil döyüşçülər”i Emil Səməndərovun daim diqqətindədir- İdmançılar məşq üçün Balakənə yollandılar - VİDEO

78676
Xəbər verdiyimiz kimi, “Qarabağ - Əlil döyüşçülər” Futbol Federasiyasının üzvləri mayın 20-dən 22-dək Polşanın Krakov şəhərində keçiriləcək “AvroLiqa”ya hazırlaşırlar.

AMİA.AZ xəbər verir ki, hazırda yığma komanda Balakən Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Bunun üçün idmançılara hər bir şərait yaradılıb.

İdmançıların bildirdiyinə görə, Federasiya rəhbəri, eləcə də qurumun vitse-prezidenti, iş adamı Emil Səməndərov onların durumu ilə daim maraqlanırlar.

Hətta xüsusi olaraq vurğulanıb ki, Emil Səməndərov hazırlıq prosesini yaxından izləyir, idmançıların fiziki hazırlığın yüksək olması üçün əlindən gələni əsirgəmir.

Həmçinin yarışlarda yüksək nəticə əldə edən komandamız həm iş adamı Emil Səməndərov, həm də federasiyanın prezidenti tərəfindən daim mükafatlandırılıb.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ