kargo

Deputatlar futbol oynayan vaxt “topdaşıyan” NAZİR KİM OLUB?

Deputatlar futbol oynayan vaxt “topdaşıyan” NAZİR KİM OLUB?

78676
“Parlamentdə özünü doğruldan gənclər var. Adlar çəkmək istəmirəm. Gənclər o zaman özünü tam doğruldacaq ki, doğrudan da, böyük rəqabətdən, siyasi partiyalardakı proseslərdən keçib gəlsinlər. Siyasi debatlarda çıxış etsinlər”.

AMİA.AZ xəbər verir ki, bu sözləri "unikal.org"a müsahibəsində Q. Həsənquliyev deyib.

“Bir çox hallarda kimsə-kiməsə təminat verir, biri digərini təqdim edir. Bəzən olur ki, bu baxımdan kadrlar özünü doğrulda bilmir. Siyasi vəzifə tutan şəxslər, siyasi proseslərin içindən keçib gəlməlidir. Milli Məclisin komandası var idi, futbol oynayırdıq.

Deputat həmkarlarımızdan biri həmin şəxsi qapının arxasına qoyurdu ki, gedən topları gətirsin. Yəni, vaxtilə futbol zamanı “topdaşıyan” adam indi nazir olub. Bəzən deputatları da saymırlar. Dediyim islahatlar aparılsa, belə təsadüfi adamların orada yüksək vəzifələrə təyin olunması mümkün olmayacaq" - deyə o qeyd edib.

Qeyd edək ki, Milli Məclisin üzvləri arasında zaman-zaman futbol yarışları keçirilib. Deputatlarımız hətta 2016-cı ildə Antalya şəhərində türkiyəli həmkarları ilə dostluq görüşü də keçirmişdilər. Amma uzun müddətdir ki, bu barədə yeni məlumat yoxdur.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ