kargo

Metroda gediş haqqı artacaqmı?

Metroda gediş haqqı artacaqmı?

78676
Bakı metropoliteni metroda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

AMİA.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu məsələ Bakı Metropoliteninin səlahiyyətində deyil.

"Gediş haqlarının bahalaşması ilə bağlı Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyəti yoxdur. Bu məsələ Tarif Şurasının səlahiyyətindədir. Biz isə bu barədə Tarif Şurasına müraciət etməmişik",- H.Məmmədov deyib.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ