kargo
kargo

Gözlərini övladına qurban verən ananın tale yolu - VİDEO

279
“Gözlərim tutulandan sonra yatmağı çox sevirəm. Çünki yuxuda uşaqlarımı görürəm”.

AMİA.AZ xəbər verir ki, bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin növbəti qəhrəmanı Türkan Hüseynova deyib.


Görmə məhdudiyyətli Türkanın üç övladı var. Sonuncu övladına hamilə olarkən həkimlər ona bu uşağı dünyaya gətirəcəyi təqdirdə görmə qabiliyyətini itirəcəyini deyib. Lakin ana övladının həyatını üstün tutaraq gözlərini ona qurban verib.


Ən böyük arzusu övladlarının üzünü görmək olan ana onları böyüdərkən yaşadığı çətinliklərdən də bəhs edib.


“Kirayə yaşadığmız evi dəyişəndə əziyyət çəkirik. Mühitə alışıram, sonra başqa evə köçməli oluruq və hər şey yenidən başlayır”, - deyə o qeyd edib.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ