kargo

Sabiq nazirin oğlu xaricdə 8 milyon dollara mənzillər alıb - FOTO

Sabiq nazirin oğlu xaricdə 8 milyon dollara mənzillər alıb - FOTO

78676
Keçmiş müdafiə sənayesi naziri, mərhum Yavər Camalovun oğlu Rəşad Camalov Moskvanın elit River House yaşayış kompleksində (Na Savvinskoy) ümumi dəyəri 550 milyon rubl olan (8 milyon dollara yaxın) 4 mənzil alıb.

AMİA.AZ xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Rəşad Camalov eyni zamanda "Şvedskiy tupik" 3 ünvanında dəyəri 400 milyon rubl olan lüks mənzilə, Veresaeva küçəsində 190 kv. metrlik mənzilə, "Semyonovsk" metrosu yaxınlığında 600 kv. metrlik obyektə və Novoçermuşinsk küçəsində 773 kv. metrlik "Pyateroçka" supermarketə sahibdir.

Qeyd edək ki, Rəşad Camalov 2020-ci ildə Milli Məclisin deputatlığına namizədliyini vermişdi, lakin ikili vətəndaşlığı olduğu haqqında məlumat ortaya çıxınca MSK onun namizədliyini ləğv etmişdi.

Jurnalistin sözlərinə görə, mərhum nazirin oğlu Rusiya vətəndaşlığını təsbit edən pasportunu 2006-cı ildə Orexovo-Zuevo Daxili İşlər İdarəsindən alıb:
"Bildiyimə görə, DTX-dakı vəzifəsindən (Beynəlxalq Antiterror Mərkəzinin rəisi) azad edilib və işindən də uzaqlaşdırılıb. Bundan 4 ay sonra isə Yavər Camalovun qudası, Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov vəzifəsindən kənarlaşdırılıb. Əmisi Mərdan Camalov hazırda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır".“Qafqazinfo”

Sabiq nazirin oğlu xaricdə 8 milyon dollara mənzillər alıb - FOTO
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ