kargo

BNA deputatın avtomobilinə cərimə yazdı - "Bildirildi ki, anlaşılmazlıq olub"

BNA deputatın avtomobilinə cərimə yazdı - "Bildirildi ki, anlaşılmazlıq olub"

78676
“Dünən marafon zamanı mənim də avtomobilim cərimələnib və məndə olan məlumata görə, ümumiyyətlə, bir çox insanın avtomobili cərimə olunub. Yəni orda yolboyu hardasa təxminən 200-ə yaxın maşın dayanmışdı. Təbii ki, orada qadağan işarəsi var idi və bu, başa düşüləndir, ancaq nəzərə almaq lazımdır ki, böyük bir tədbir idi və təbdirə kütləvi şəkildə insanlar qatılmışdı onların əksəriyyəti də həmin məkana şəxsi nəqliyyat vasitələrindən istifadə edərək gəlmişdilər. Avtodayanacaqda yer olmadığından heç kimə mane olmayacaq şəkildə, məcburi qaydada maşınlar yolun kənarında park edilmişdi. Orada hərəkət məhdudlaşdırıldığından avtomobillər mane törətmirdi. Yəni bu tədbirin kütləviliyi nəzərə alınmayaraq nəqliyyat vasitələri 20 manat məbləğində cərimə olunublar”.

Bunu Pravda.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

“Sosial şəbəkədə bununla bağlı yazmışdım, sonra Bakı Nəqliyyat Agentliyindən mənimlə əlaqə yaradıldı və bildirildi ki, anlaşılmazlıq olub. Ancaq belə hallar, ümumiyyətlə, olmasa daha yaxşı olar. BNA-nın əməkdaşlarına tapşırılmalıdır ki, belə böyük tədbirlər zamanı dayanacaqda saxlamağa yer yoxdursa və yolda hərəkət məhdudlaşdırılıbsa, maşının yol kənarında park edilməsi heç kimə narahatlıq törətmirsə, bu hallar istisna olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə BNA-dan vaxtilə bizim millət vəkillərinin də narazılıqları olub. Hazırda agentlik Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyətə başlayır, ancaq struktur olaraq yenə də eyni işi görəcəklər. Amma düşünürəm ki, indi xüsusilə avtomobil dayanacaqları ilə bağlı məsələdə müəyyən dönüş olacaq, çünki Bakının mərkəzinin, hətta mərkəzdən kənarda dayanacaqlarla bağlı ciddi problemlər var. Çox yerdə də nəqliyyat vasitələrini park etmək üçün qadağa işarələri var. Bu da narahatlıq yaradır. Təbii ki elə yerlər var ki, orada dayanmaq olmaz qadağa mütləq olmaldır, amma müəyyən yerlər var ki, yol genişdir, dayanacaq yaratmaq imkanları var, yəni bu kimi yerlərdən istifadə edib avtomobillər üçün dayanacaqlar yaratmaq lazımdır. Şəhərdə günü-gündən maşın sayı artır, bunun qarşısını almaq da mümkün. Düşünürəm ki, belə vəziyyətdə ictimai nəqliyyatı da gündəmə gətirmək lazımdır. İnsanların ictimai nəqliyyata daha çox üstünlük verməsi üçün onları buna öyrəşdirmək lazımdır. Düzdür, indi belə bir tendensiya yoxdur, lakin hesab edirəm ki, bunu elə bir şəkildə həyata keçirmək olar ki, ictimai nəqliyyat məkana, ünvana şəxsi nəqliyyatdan daha tez çatsın. Məsələn, Seulda oldum, çox sıx şəhərdir, yəni orada nəqliyyat həddindən artıq çoxdur, ancaq buna baxmayaraq müəyyən tənzimlənmə var. İnsanlar ictimai nəqliyyata minmək üçün növbəyə dayanır, hətta orada ictimai nəqliyyat əks istiqamətə hərəkət edir. Başqa bir idarəetmə üsulu seçiblər. Əks istiqamətdə idarə edildiyi üçün də artıq onun yoluna heç kim girmir və çox rahat, sürətli şəkildə qeyd olunan zamanda ünvanlara çatmış olur”.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ