kargo

İcra başçısı hakim qarşısında: işsizin hesabına 7 min yardım köçürülüb, sonra isə 6700 manatını əlindən alıblar

İcra başçısı hakim qarşısında: işsizin hesabına 7 min yardım köçürülüb, sonra isə 6700 manatını əlindən alıblar

78676
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahid ifadə verib.

AMİA.AZ xəbər verir ki , hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Vüsal Niftəliyev dindirilərkən bildirib ki, hazırda işsizdir.

O qeyd edib ki, V.Hacıyevin İmişli RİH-də işlədiyi dövrdə maliyyə yardımın göstərilməsi ilə bağlı rayon icra hakimiyyətinə müraciət edib: "Kart hesabıma 7 min manat pul köçürüldü. Həmin puldan 300 manatı özümə götürüb, 6 min 700 manatı isə baş mühasib Cəmil Musayevə qaytardım".

Məhkəmənin növbəti iclası mayın 22-nə təyin edilib.Report
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ