kargo

Marketlərdə siqaret "qıtlığı" yarandı - SƏBƏBİ nədir?

Marketlərdə siqaret "qıtlığı" yarandı - SƏBƏBİ nədir?

78676
Bakıda marketlərdə bir çox siqaret markalarının satışı dayandırılıb.

Sfera.az bu hal ilə bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki, xüsusən böyük marketlərdə siqaret "qıtlığı" yaşanır. Marketlər isə bu vəziyyəti xam malın yoxluğu ilə izah etməyə çalışır.

Lakin qeyri-rəsmi məlumatlarda bildirilir ki, siqaret satışının dayandırılması növbəti bahalaşma dalğası ilə əlaqədardır. Belə ki, marketlər siqaretlərin qiymətinin qalxacağını nəzərə alaraq, satışları müvəqqəti dayandırıb.

Qeyd edək ki, Azərbaycanın tütün istehsalı üçün xam mal Ukraynadan təmin edilirdi. 2021-ci ildə Azərbaycana gətirilən siqaretlərin təxminən 70 %-i Ukraynadan idxal olunub.

Nəzərə almaq lazımdır ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü səbəbindən bu ölkədən hazırda tütün almaq imkanlarımız sıfıra bərabərdir. Bu da daxili bazarda siqaretin qiymətlərinə təzyiq göstərəcək faktordur.

Bundan əlavə, ölkəmizdə işləyən siqaret fabrikləri də siqaretin istehsalında lazım olan məhsulları qismən Ukraynadan və Rusiyadan alır.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ