kargo

Ceyranbatan su anbarında TƏHLÜKƏ - FOTOLAR

Ceyranbatan su anbarında TƏHLÜKƏ - FOTOLAR

78676
Azərbaycanda və Avropada ən iri su anbarlarından birinin, Ceyranbatan su anbarının ekoloji vəziyyəti təhlükədədir.

AMİA.AZ xəbər verir ki, Ceyranbatan su anbarı hasarlanaraq mühafizə olunsa da, anbarın ətrafındakı yaşıllıq zolağında ağaclar məhv olur.

Fövqəladə Hallar Nazirliyi Su Ehtiyatları Dövlət Agentliyinin tabeliyində olan su anbarının ərazisinin son 12 illik peyk görüntülərinə əsasən burada olan meşə sahəsi məhv olmaq üzrədir. Bu hal isə su ehtiyatının azalmasına və suyun keyfiyyətinin pisləşməsinə səbəb olacaq.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və “Azərsu” ASC-ə informasiya sorğusu göndərilib.

“Azərsu”dan bildirilib ki, cəmiyyət bu anbardan ancaq su təchizatı üçün istifadə edir.

Son illər ərzində Ceyranbatan meşəçiliyi ərazisində kütləvi olmasa da meşə ərazilərinin müəyyən qədər seyrəlməsinin müşahidə olunması məsələsi ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, bunun səbəbləri bir sıra obyektiv və subyektiv amillərlə bağlıdır.

"Obyektiv səbəblərə iqlim dəyişiklikləri, o cümlədən son illərin quraqlığı, torpaqların şoranlaşması, təbii eroziya prosesinin genişlənməsi, Ceyranbatan meşəçiliyinin əsasən, gilli ərazilərdə yerləşməsi, eləcə də meşə sahələrinin xeyli hissəsinin yaşlı, fiziki ömürünü başa çatdırmaqda olan ağaclardan ibarət olmasıdır.

Məlumat üçün bildiririk ki, Ceyranbatan meşəçiliyi ötən əsrin 60-cı illərində yaradılmış, ağacların böyük bir qisminin yaşı 70 ilə yaxındır.

Subyektiv məsələlərə isə suvarma sistemlərinin uzun müddət davamlı istismarı nəticəsində tez-tez sıradan çıxmasını, son illər nasosların işinə ciddi maneələr yaradan anbarda su səviyyəsinin aşağı düşməsini göstərmək olar".

Nazirlikdən bildirilib ki, Ceyranbatan su anbarının ərazisində yerləşən Ceyranbatan meşəçiliyinin Fövqəladə Hallar Nazirliyinin balansına bir neçə il əvvəl verildiyini nəzərə alsaq, qeyd olunan meşə problemlərinin bir çoxunun əsasının məhz ərazinin FHN-in balansına keçəndən xeyli əvvəl qoyulduğunu deyə bilərik: "Belə ki, vaxtı ilə su anbarının izolyasiyası məqsədilə anbarın ətrafına kənardan xüsusi su keçirməyən gil torpağı gətirilmişdir. Bu gil isə ağacların köklərinin inkişafına mane olur. Hazırda bu ərazidə torpağın humus (çürüntülü) qatı cəmi 15-20 sm təşkil edir. Bu da öz növbəsində köklərin əksəriyyətinin inkişafına maneçilik törədir. Bəzi sahələrdə aqrotexniki şərtlərə riayət olunmadan, ağaclar sıx əkildiyindən havalanma və günəş şüalarının kifayət etməməsi, fotosintez proseslərinin getməsinə maneçilik törədir ki, bu da ağacların qurumasının səbəblərindən biri kimi qəbul edilməlidir.

Ceyranbatan meşəçiliyinin Fövqəladə Hallar Nazirliyinin balansına verildiyi ötən dövr ərzində Ceyranbatan su anbarının meşə sahələrinə gündəlik rejimdə mümkün olan bütün aqrotexniki xidmətlər göstərilmiş, əksər meşə sahələrinin mütəmadi suvarılması təşkil edilmişdir. 160 hektara yaxın yeni meşə ərazisi salınmış, 150 hektarda damlama üsulu ilə suvarma sistemi qurulmuşdur. Hazırda meşəçilik ərazisindəki istifadədə olan bütün nasosxanalar işlək vəziyyətdədir, nasosxanaların suyun lazımi həddən aşağı düşəcəyi hallarda da çalışması üçün xüsusi sifon sistemi qurulub".

Ceyranbatan su anbarında TƏHLÜKƏ - FOTOLAR
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ