kargo

Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirilir - VİDEO

Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirilir - VİDEO

78676
Mayın 18-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə keçirilən kompleks məşqlərdə iştirak edib.

AMİA.AZ xəbər verir ki , Səhra idarəetmə məntəqələrində məşqlərin təşkili və gedişatı ilə maraqlanan müdafiə nazirinə bölmələrin sərəncamındakı müasir rabitə avadanlıqları təqdim edilib.

Məruzə olunub ki, məşqlərdə vahid rabitə sisteminin təşkili, eləcə də radioelektron mübarizə tədbirləri üzrə tapşırıqlar uğurla icra edilir.

General-polkovnik Z.Həsənov qoşun növlərinin komanda-idarəetmə məntəqələri, həmçinin azad edilmiş ərazilərdə dislokasiya olunan birlik və birləşmələrin qərargahları ilə video-konfrans rejimində əlaqə saxlayaraq məruzələri dinləyib.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ