kargo

Polad Həşimovun anası AzTV-nin canlı efirində ayaqüstə alqışlandı - VİDEO

Polad Həşimovun anası AzTV-nin canlı efirində ayaqüstə alqışlandı - VİDEO

78676
Azərbaycan Televiziyasında yayımlanan VIII "Muğam” müsabiqəsində təsirli anlar yaşanıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER,COM-a verilən məlumatına görə, müsabiqənin ikinci həftəsinin ilk gününün fəxri qonaqları Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova, qardaşı İlham Həşimov olublar.

Yarışmanın aparıcıları Milli Qəhrəmanın ailə üzvlərini təqdim etdikdə tamaşaçılar onları ayaq üstündə alqışlayıblar.

Televiziya müsabiqəsinin fəxri qonaqları arasında Vətən müharibəsinin bir qrup iştirakçısı da olub. Tamaşaçılar onları da alqışlayaraq ehtiramlarını bildiriblər.

Qeyd edək ki, müsabiqə Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə həyata keçirilir.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ