AMİA.AZ xəbər verir ki , Türkiyə və Azərbaycanı kədər və sevinc içində birləşən iki qardaş kimi xarakterizə edən Akar: “Biz iki dövlət, bir millətik. Buna bütün qəlbimizlə inanırıq”, - deyə bəyan edib.
Azərbaycan ordusunun işğal altındakı Vətən torpaqlarını xilas etdiyini xatırladan Akar əməliyyatın böyük uğurla həyata keçirildiyini bildirib.
O həmçinin əməliyyat zamanı şəhid olanlara Allahdan rəhmət, qazilərə isə şəfa diləyib.
Azərbaycan qaziləri də öz növbəsində Türkiyə Silahlı Qüvvələrinə dəstək üçün minnətdarlıq ediblər.



