kargo

Mübariz Mənsimov Türkiyə dövlətinə ağır ittihamlar səsləndirdi - VİDEO

Mübariz Mənsimov Türkiyə dövlətinə ağır ittihamlar səsləndirdi - VİDEO

78676
Cinayət təşkilatının lideri Sedat Pekerə dəstək verən Mübariz Mənsimov Türkiyəni hədəf alan açıqlamalara daha birini əlavə edib.

AMİA.AZ xəbər verir ki, bu haqda Türkiyə mediasında məlumat yayılıb.

Qeyd edilir ki, FETÖ-yə yardım etməkdə də ittiham olunan iş adamı Mübariz Mənsimov "Youtube” kanalının birində açıqlama verib.

O, Türkiyə Cümhuriyyətinin nazirlərinin ünvanına ağır ittihamlar səsləndirib. O deyib ki, hazırda FETÖ ilə əlaqəsi olan məmurlar çoxdur.

Bundan başqa, Mübariz Mənsimov Türkiyə əleyhinə terrorla mübarizə aparan hakim və prokurorlara qarşı da ağır ittihamlar səsləndirib.

Qeyd olunur ki, o, bir müddət öncə Sedat Pekeri dəstəkləyən açıqlama verib və mafiya liderinin ona kömək etdiyini də etiraf edib.

Mübariz Mənsimov "məni həbs edəcəklər, amma qorxmuram” ifadələrini də işlədib.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ