kargo

Polis özünü təhlükəyə ataraq vətəndaşı ölümdən xilas etdi - ANBAAN VİDEO

Polis özünü təhlükəyə ataraq vətəndaşı ölümdən xilas etdi - ANBAAN VİDEO

78676
Ötən gün paytaxtın Nəsimi rayonunda mənzillərdən birində baş verən yanğın zamanı bir nəfər vətəndaş tüstüdən zəhərlənərək evdə huşsuz halda qalıb.

AMİA.AZ xəbər verir ki, köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etmək üçün Nəsimi RPİ-nin əməkdaşı polis serjantı Elnur Əhmədov həyatını təhlükə altına ataraq onu xilas etmək üçün yanğın baş verən mənzilə daxil olub.

Polis əməkdaşının şücaəti nəticəsində vətəndaşın həyatı xilas edilib və o, hadisə yerində olan təcili yardım stansiyasının həkimlərinə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Elnur Əhmədova fədakarlığına görə təşəkkür edib.

Həmin təsirli anları təqdim edirik:

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ