kargo

"Siqaret kəskin bahalaşacaq" - TƏCİLİ

"Siqaret kəskin bahalaşacaq" - TƏCİLİ

78676
Daxili siqaret istehsalı əhəmiyyətli dərəcədə Ukrayna tütünündən asılı vəziyyətdədir. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması səbəbindən Ukraynadan hazırda tütün almaq imkanlarımız sıfıra bərabərdir və ən azı yaxın 1-2 ayda tədarükün bərpa olunacağın gözlənilmir. Bu isə daxili bazarda siqaretin təklifinə və onun qiymətlərinə təzyiq göstərəcək faktor ola bilər.

AMİA.AZ xəbər verir ki, bu barədə millət vəkili Müşfiq Cəfərov açıqlamasında bildirib. Onun sözlərinə görə, mövcud vəziyyət tütün məhsullarının qiymət artımına gətirib çıxaracaq:

“Heç kim proqnoz verə bilmir ki, müharibə nə zaman dayanacaq. Bütün ölkələrdə olduğu kimi bizdə də tütünlə bağlı tədarük azalır. Böyük ehtimalla biz başqa tütün istehsal edən ölkələrə müraciət edəcəyik. Məsafədan asılı olaraq daşınma xərcləri çox olduğu üçün qiymət fərqliliyi, yəni bahalaşma ola bilər. Ümumiyyətlə satışda tütün məhsulu tapmamaq ehtimalı da gündəmdədir. Mövcud vəziyyətdə bütün bunlar tütün məhsullarının qiymət artımına gətirib çıxaracaq.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ