kargo

Evi əlindən alınan vətəndaş– “Rövşən Rzayev məsələyə laqeyd yanaşır”- Prezidentə müraciət - VİDEO

Evi əlindən alınan vətəndaş– “Rövşən Rzayev məsələyə laqeyd yanaşır”- Prezidentə müraciət - VİDEO

78676
Əliyev Eldar Heydər oğlu mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal-1 küçəsi, bina 12-də yerləşən 191-ci mənzili məcburi köçkünlər Şirinova Marusya Hüseyn qızı və və bir neçə şəxs ələ keçirib.

Belə ki, E.Əliyevin bildirdiyinə görə, adı çəkilən şəxs və ailə üzvləri 5 otaqlı mənzilinə qapını sındıraraq daxil olublar.

30 ildir ki, şəxsi mülkiyyətində olan bu mənzildən həmin şəxsləri çıxara bilmir:

“Mən 30 ildən çoxdur ki, “Azərelektroterm” zavodunda işləmişəm. Həmin 5 otaqlı mənzil o vaxt mənə dövlət tərəfindən verilmişdi.

Bildirim ki, Yasamal rayon məhkəməsinin 12.11.2009-cü il tarixli, 2(004)-3828/2009 saylı qətnaməsinə əsasən məcburi köçkün olan-cavabdehlər Şirinova Marusya Hüseyn qızı və qeyrilərinin mülkiyyətçisi olduğum Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal-1 küçəsi, bina 12, mənzil 191-dən çıxarılmaları, mənim isə ailə üzvlərimlə birlikdə həmin mənzilə köçürülməyim qət edilib.

Qətnamə qanuni qüvvəsini alaraq İcra edilməsindən ötrü Yasamal rayon İcra şöbəsinə göndərilib. Lakin Yasamal rayon icra şöbəsinin rəisi Zaur Abdullayev həmin qətnamənin icra edilməsinə mane olub, cavabdehlərin başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılmasına etiraz ediblər.

Ona görə də Yasamal rayon İcra Şöbəsinin hərəkətindən Yasamal rayon məhkəməsinə verdiyim şikayət ərizəmə əsasən Yasamal rayon məhkəməsinin 24.12.2010-cu il tarixli, 2(004)-708/2010 saylı qətnaməsi ilə cavabdehlərin mənzilimdən çıxarılması vəzifəsi Yasamal rayon İcra şöbəsinə həvalə edilib. Bakı apellyasiya məhkəməsinin 31.03.2011-ci il tarixli, 2(103)-1338/2011 saylı qətnaməsi ilə Yasamal rayon məhkəməsinin həmin qətnaməsi dəyişdirilərək Yasamal rayon məhkəməsinin 12.11.2009-cü il tarixli, 2(004)-3828/2009 saylı qətnaməsinin icrası ilə əlaqədar müvafiq icra hərəkətlərinin edilməsi Yasamal rayon İcra Şöbəsinə həvalə edilib.

Lakin yenə də Yasamal rayon İcra şöbəsi üzərinə düşən vəzifəni yerinə yetirməmiş və cavabdehləri mənzilimdən çıxarmayıblar.

2013-cü ildə mən İnsan Hüquqları üzrə Avropa məhkəməsinə şikayət etdim. Avropa məhkəməsində şikayətim icraata qəbul edildi. Şikayətimlə bağlı Azərbaycana məktub göndərilərək məsələnin mənimlə qarşılıqlı razılaşma əsasında həll edilməsi təklif edildi. Daha sonra isə Avropa məhkəməsinin qərarı ilə Azərbaycandan mənim xeyrimə mənəvi ziyana görə pul tutulması qərara alındı.

Bununla belə yenə də Yasamal rayon İcra şöbəsi cavabdehlərin mənzilimdən çıxarılması məsələsini həll etmir və bu məsələni Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin üzərinə atır. Onlar isə susaraq heç bir cavab vermirlər.
Ayda 200 manat mənzil kirayə haqqı verirəm.

Mən 1-ci qrup gözdən əliləm, həyat yoldaşım da ağır formada şəkər xəstəsidir, nəvəm “Autizm” xəstəliyindən əziyyət çəkir. Maddi və yaşayış şəraitimiz çox çətindir. Axı nə vaxta qədər mən ailəmlə kirayələrdə qalmalıyam.
Məsələ ilə bağlı dəfələrlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qəbulunda olmuşam, hər dəfə mənə məsələnin həll olunacağını desə də heç bir nəticə yoxdur.

Hətta məsələ ilə bağlı Prezident adminstrasiyasında oldum. Məsələnin həlli üçü göstəriş verildi. Lakin bu problemimə əncam çəkmirlər. Məsələ ilə bağlı aidiyyatı qurumlara da məktublar ünvanlamışam, cavab müsbət gəlsə də həll olunmamış qalmaqdadır.

Ümidimiz cənab Prezidet İlham Əliyev və ölkənin I vitse-prezidenti Mehriban xanım Əliyevayadır”.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ