kargo

“Qarabağ və Şərqi Zəngəzurun cənnətməkana çevrilməsi cənab prezidentin əsas məqsədidir” - Emil Səməndərov

“Qarabağ və Şərqi Zəngəzurun cənnətməkana çevrilməsi cənab prezidentin əsas məqsədidir” - Emil Səməndərov

78676
“Bu gün ölkəmizdə aparılan inqilabi islahatların ən gözəl nəticələri dərhal hiss olunur. Ümummilli lider Heydər Əliyev akademiyasının möhtəşəm məzunu kimi, cənab prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsi olaraq, Azərbaycan cənnət diyara çevrilib”.

AMİA.AZ xəbər verir ki, bu sözləri tanınmış iş adamı, sahibkar Emil Səməndərov deyib.

İş adamı vurğulayıb ki, özəl sektorun inkişafının Azərbaycan iqtisadiyyatının prioritetlərindən biridir və bu sahə daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir:

“Biz sahibkarlar gündəlik fəaliyyətimizdə dövlət başçısının böyük diqqət və qayğınızı hiss edir, ona arxalanırıq. Cənab prezidentin sahibkarla bağlı imzaladığı sənədlər, qəbul etdiyi qərarlar bunu bir daha təsdiq edir.
Ölkə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən tarixi qərarlar nəinki sahibkarlar, eləcə də bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır, bizi daha fəal işləməyə həvəsləndirir.

Sahibkarlara göstərilən böyük diqqət və qayğıya əməli işimizlə cavab verəcək, öhdəmizə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcəyik.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi və diplomatik məharəti, rəşadətli ordumuzun qəhrəman döyüşçülərinin şücaəti sayəsində düşmən tapdağından azad edilmiş ərazilərimizin və bütövlükdə Qarabağ bölgəsinin daxil olduğu iki yeni iqtisadi rayo¬nun perspektiv inkişaf istiqamətləri məcburi köçkünlükdən çıxan əhali qrupunun məşğulluğu üçün geniş imkanlar açır.

İşğaldan azad olunan ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən infrastruktur layihələri yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qarabağ və Şərqi Zəngəzurun cənnətməkana çevrilməsi Azərbaycan dövlətinin və onun müdrik rəhbərinin əsas məqsədidir, bu məqsədə çatmaq üçün bütün maddi və mənəvi resurslar səfərbər edilib.

Eləcə də biz sahibkarlar bütün qüvvə və bacarığımızı cənab prezidentin müəyyən etdiyi hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın tərəqqisinə, Vətənimizin daha qüdrətli dövlətə çevrilməsinə səfərbər edəcəyik”.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ