kargo
kargo

Gülayə Səfərova: “Sərdar Cəlaloğlu Həcər xanıma qarşı böhtanlarına görə üzr istəməlidir” MÜNASİBƏT

390
“Azərbaycanımızın qürurlu və şərəflli tarixində iz qoymuş tarixi şəxsiyyətlərimizi ləkələməyə, tariximizi saxtalaşdırmağa çalışan qüvvələr bunu məhz Cərdar Cəlaloğlu kimi saxtakarların əlləri ilə həyata keçirməyə çalışırlar”.

Bu bu sözləri SİA-ya"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, tanınmış ictimaiyyətçi Gülayə Səfərova ADP-nin sədri Sərdar Cəlaloğlunun Qaçaq Nəbinin həyat yoldaşı və silahdaşı Həcər xanımla bağlı nalayiq və böhtanlı fikirlərinə münasibətini açıqlayarkən bildirb.

Onun sözlərinə görə, həkimlik ixtisası üzrə həyatında heç bir uğur tapa bilməyən bir şəxsin bu dəfə özünü siyasi və elmi tərəfdən “sübut” etmək cəhdləri ilk növbədə onun bədniyyətli düşüncələrini daha çox ifşa edir və ADP sədrinin indi də Azərbaycan xalqının mərd və şərəfli qızı Həcər xanımla bağlı erməni qoxusu gələn şər-böhtanları tarixinə hörmət edən bütün soydaşlarımızı hiddətləndirir: “Müəyyən riyakar dairələrin sifarişləri ilə guya xalqı “maarifləndirməyə” çalışdığını göstərmək istəyən Sərdar Cəlaloğlu unudur ki, bu kimi rəzillikləri ilə özünü daha çıxılmaz vəziyyətə salır və gec, ya da tez həmin böhtanlarına görə istər hüquqi , istərsə də mənəvi cəhətlərdən cavab verməli olacaq. Onun heç bir əsasa söykənməyən fikirləri düşmənlərimizin də əlinə fürsət verir ki, onlar tariximizi istədikləri kimi saxtalaşdıran Sərdar Cəlaloğlu kimi ünsürlərdən bəhrələnsinlər, sonar da belə fikirləri bizə qarşı silah olaraq işlətsinlər”.

“Azərbaycan xalqı Sədar Cəlaloğlu və Qurban Məmmədov qardaşlarının hazırkı dövrə qədər dövlət maraqlarına, xalq maraqlarına, eləcə də milli maraqlarımıza qarşı nə qədər alçaq mövqelər sərgilədiklərinin dəfələrlə şahidləri olub”, deyən QHT sədri tövsiyə edib ki, yaxşı olardı Sədar Cəlaloğlu gedib öz şəcərəsini araşdırsın və kimlərə məxsus olduğunu öyrənsin, daha Həcər xanım kimi mərd Azərbaycan qızının bu gün xalqımız tərəfindən əziz tutulan ruhunu təhqir etməsin: "Yox, əgər əziyyət çəkirsə bunu biz özümüz onun şəcərəsini araşdırıb ortaya çıxararıq. Ümumiyyətlə, belə adamarın istəniən an tariximizə, dövlətçilik maraqlarımıza qarşı çıxmaq mümkünlükləri hər zaman qalır, onlar müxalifətçilik adı altında guya ictimai-siyasi həyatımızda rol aldıqarını göstərməyə cəhd etsələr də bilənlər Sərdar Cəlaloğlunun kim və nə olduğunu çox gözləl xatırlayırlar. Bu kimi yararsız, məsuliyyətsiz, tərbiyəsiz və saxtakar düşüncələri ilə özünü gündəmdə saxlamağa cəhd edən Cəlaloğlu Həcər xanımla bağlı əsassız iddialarından əl çəkməli və Azərbaycan xalqından üzr istməlidir”, Gülayə Səfərova münasibətində bildirib.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ