kargo
kargo

Rafael Ağayev Dövlət Gömrük Xidmətində vəzifə arzulayır: “36 yaşım var, bəs nə vaxt işləyəcəm?” - VİDEO

397
Karate üzrə beşqat dünya çempionu karyerasını bitirdikdən sonra dövlət işində işləmək istəyir.
AMİA.AZ xəbər verir ki , o, bu barədə “Motivator” layihəsinin qonağı olarkən danışıb:

“Gömrükdən mənə gələn qonorar (“Qəbələ” klubunun üzvü kimi – red.) 480 manatdır. Artıq 36 yaşım var. Karyera bir yerə qədərdir. Atamın arzusu dövlət işində çalışmağım olub. İstərdim ki, Bakı Gömrüyündə və ya hansısa sistem işində olum”.

Qeyd edək ki, Rafael Ağayev Tokio Olimpiadasından sonra karyerasını 2025-ci ildə - Paris Olimpiadasından sonra bitirəcəyini açıqlamışdı. Lakin karatenin Olimpiya proqramından çıxarılmasından sonra onun yaxınlarda karyerasını başa vuracağı gözlənilir.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ