kargo

DTX Bakıda erməni təxribatını ifşa etdi - Düşmənə “işləyən” 15 yaşlı qız tutuldu - VİDEO

DTX Bakıda erməni təxribatını ifşa etdi - Düşmənə “işləyən” 15 yaşlı qız tutuldu - VİDEO

552
Dövət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ermənistan Xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı xüsusi əməliyyatı ifşa ediblər.

Sfera.az bildirir ki, bu barədə REAL TV-nin “Mir Şahinin vaxtı” verilişində məlumat verilib.

Qeyd edilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlıqla ifşa etdiyi erməni xüsusi xidmətlərinin əməliyyatının mərkəzində azyaşlı, şərti adı Fidan kimi göstərilən azərbaycanlı qız durub.

Belə ki, Fidan öz vaxtını internet resurslarında keçirərkən təhlükəli tora düşüb. Ermənistanın revanşist qüvvələri, anti-Azərbaycan, anti-türk qrupunun üzvləri ona fokuslanırlar və Fidan Ermənistan xüsusi xidmət orqanlarının tərtib etdiyi ssenariyə uyğun olaraq revanşist qüvvələrin, erməni faşistlərin əlində oyuncağa, hətta Njde Qareginin təbliğatçısına çevrilib.

Fidana radikal, nasist Haytarakan qrupunun aparıcı siması Artur Martirosyan və onun tərəfdarları müxtəlif təyinatlı tapşırıqlar verib.

Yeniyetmə qızın aldığı ilk tapşırıq Qaregin Njdenin şəklini əlində tutaraq öz təsvirini çəkmək, özü də bunu Bakıda, insanların daha çox olduğu ünvanlarda etmək olub. Onlar bununla da kifayətlənməyiblər. Fidandan hər dəfə daha artıq təxribat xarakterli hərəkətlər etməsini istəyiblər.

Daha ətraflı videomaterialda:
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ