kargo

Yaşar Cabbarovun "Vertu" ilə ayaqqabı silən oğlanları yenə gündəm oldu: Qazi üçün... VİDEO

Yaşar Cabbarovun "Vertu" ilə ayaqqabı silən oğlanları yenə gündəm oldu: Qazi üçün... VİDEO

985
İş adamı Yaşar Cabarovun itlərinə antrikot yedizdirən oğlanları yenidən gündəm olublar.

AMİA.AZ xəbər verir ki, bu dəfə qardaşlar bir qazini alış-veriş mərkəzinə gətirərək, ona paltar alıblar.

Onlar bu alış -verişi videoya çəkərək, sosial şəbəkə hesablarında paylaşıblar.
Daha bir məqam isə aralarında tanınmış məşqçi Kamil Zeynallının da olmasıdır. Qaziyə paltarları Kamil Zeynallı seçib.

Sosial şəbəkələrdə onların bu addımı birmənalı qarşılanmayıb. Kamil Zeynallının dəfələrlə qazilərə göstərdiyi diqqəti alqışlayan izləyicilər, onun Yaşar Cabbarovun oğlanları ilə bir arada olması xoş qarşılamayıblar.

Bəziləri isə Kamil Zeynallının Cabbarov qardaşlarını sadəcə xeyirxah biri tanıdığına inandıqlarını yazıblar.
Qeyd edək ki, iş adamı Yaşar Cabbarovun oğlanları daha əvvəl öz tik-tok hesablarında xalq tərəfindən qınanılan videolar çəkərək, paylaşıblar.
Bəzi izləyicilər son vaxtlar gündəm olan qardaşların qazidən istifadə edərək, bu yolla özlərinə simpatiya toplamağa çalışdıqlarını bildiriblər.SİTAT.İNFO

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ