kargo

Qurtuluşdan Zəfərə - Bayramın mübarək Azərbaycan! – Emil Səməndərov

Qurtuluşdan Zəfərə - Bayramın mübarək Azərbaycan! – Emil Səməndərov

319
15 İyun – Milli Qurtuluş günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Milli Qurtuluş Günü bizim üçün sadəcə təqvimdə bayram günü deyil, bu böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malikdir.

Ulu öndər Heydər Əliyevin 15 iyundakı gəlişi adi gəliş deyildi xalq və dövlət üçün xilaskar gəlişi idi.
Qurtuluşdan Zəfərə - Bayramın mübarək Azərbaycan! – Emil Səməndərov

Çünki o 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi. Bununla da ümummilli lider dövlət quruculuğu prosesinin yeni nümunəsini yaratdı, müasir, demokratik və böyük güclərin hesablaşacağı sarsılmaz müasir Azərbayacan dövlətinin əsasını qoydu.

Ümummilli liderin bu dəyərli sözləri hər birimizin yaddaşına əbədi olaraq həkk olunub: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.

Hazırda ulu öndər Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən müdrikliklə, mütərəqqi addımlarla davam etdirilir. Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən illər ərzində daha da güclənib, dünyada nüfuzlu dövlətə çevrilib.

Ali Baş Komandanın rəhbərliyi ilə bu gün Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, sülh, sabitlik və əməkdaşlıq məkanı kimi təsdiqləyib. Bunu ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, idman yarışları, forumlar və sair bir daha sübut edir.

Həmçinin Azərbaycan 44 günlük müharibədə öz torpaqlarını işğaldan azad edərək öz gücünü, qüdrətini bir daha sübut etdi.

Sözsüz ki, bu qürurverici anları bizə yaşadan Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mühüm rolunu olduöunu vurğulamaq yerinə düşər.

Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Ümummilli Liderin qurduğu dünyəvi Azərbaycan dövləti öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır.

Həmçinin vurğulamaq lazımdır ki, ölkəmizin I vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr xalqın birliyi, əminəmanlığı naminə atılan addımlardır.

Xalqımızın 15 iyundan başlayan birliyi, mütəşəkkilliyi bu gün hər sahədə öz sözünü deyir. Bayramımız mübarək!


Emil Səməndərov

Tanınmış iş adamı, "PROQRESS-2016" MMC-nin rəhbəri.



Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ