kargo

Gəncədə xanım məktəb direktoru intihara cəhd etdi - Niyəsini Anar Qədimalıyev bilir

Gəncədə xanım məktəb direktoru intihara cəhd etdi - Niyəsini Anar Qədimalıyev bilir

78676
Gəncə şəhəri İsmət Qayıbov adına 1 saylı tam orta məktəbinin direktoru Mətanət Qarayeva səhər saatlarında intihara cəhd edib.

AMİA.AZ xəbər verir ki , xanım direktor özünü öldürmək məqsədilə yaşadığı evdə çoxlu sayda dərman içib. Nəticədə halı pisləşən direktor təcili yardım maşını ilə Göygöl xəstəxanasına yerləşdirilib. Direktor hazırda reanimasiyadadır, onu ayıltmağa çalışırlar.

Xəstəxanadan hələ də polisə məlumat verilmədiyi, hadisəni hüquq mühafizə orqanlarından gizlətməyə çalışdıqları deyilir. Hadisə üzrə cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanarsa, bunun Anar Qədimalıyevin karyerasına son qoya biləcəyini müzakirə etmək olar.

Demokratik.Az hadisənin səbəbi barədə maraqlanıb. Əldə etdiyimiz bilgiyə görə, uzun müddətdir sözügedən məktəbin direktoru olan M.Qarayevanın intihara cəhd etməsi öz vəzifəsini itirməsinə dair təhdidlərdən ortaya çıxan haldır. Belə ki, direktor bir müddətdir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədimalıyev tərəfindən təzyiqlərlə üzləşib, ondan ərizə yazıb direktorluğu tərk etməsi istənilir. Bu istək son günlər daha ciddi hal alıb, tərəflər arasında münasibətlər pisləşib.

İddiaya görə, Anar Qədimalıyev məktəbin rəhbərliyini öz yaxın qohumu, həmin məktəbin təşkilatçı müavini Nüşabə Məmmədovaya devr etmək istəyir. Təbii ki, vəzifəyə alışmış Qarayeva da intihara cəhdlə RTŞ-in qərarına qarşı çıxır, direktorluq postunu ölümü bahasına da olsa qorumağa çalışır.

Digər bir məlumata görə, Gəncənin 1 saylı məktəbini ələ keçirməyə çalışan yeni direktor namizədi N.Məmmədova hazırda Gəncə şəhər İHB-nin ictimai-siyasi və hümanitar məsələlər şöbənin müdirinin müavini Azər İbrahimovun qaynanasıdır. Azər İbrahimovla da təhsil şefi Anar Qədimalıyev əmizadədirlər.

Anlaşılan hal odur ki, hələ də rüşvət və korrupsiya bataqlığında əziyyət çəkən məktəblərdə direktor olmaq eşqi xeyli qiymətlidir.

(mövzu diqqətimizdədir, əlavə məlumatlandıracağıq).Demokratik.Az
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ