kargo

“Müştərilərimiz və nüfuzumuz qiymətlidir” devizi ilə fəaliyyət göstərən "Vesta construction”

“Müştərilərimiz və nüfuzumuz qiymətlidir” devizi ilə fəaliyyət göstərən "Vesta construction”

78676
Paytaxtda nazirlər kabinetinin qərarına əsasən bir çox tikinti şirkətləri pilot layihələr çərçivəsində hündür mərtəbəli binalar tikir.

Onlardan biri də "Vesta construction” şirkətinin "MY HOME” layihəsi üzrə Nizami rayonu, Şirin Mirzəyev 38 ünvanında tikilən binasıdır.
Şirkət rəhbərliyinin müraciəti əsasında Nizami Rayon İcra Hakimiyyeti başçısının 10 mart 2016-ci il tarixli, 29№-li sərəncamı ilə pilot layihə çərçivəsində Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllədə yerləşən torpaq sahəsində mövcud, istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi “Vesta Construction” MMC-nin istifadəsinə verilib.
Sözügedən layihəyə əsasən ərazidə “A”,“B”,“C”,“D” və “E” bloklarından ibarət yaşayış kompleksinin inşası hazırda mərhələli şəkildə həyata keçirilir. “B” və “C” blokları istismara verilib. “A” blokunda tamamlama işləri aparılır. “D” blokunda tikinti quraşdırma işləri yekunlaşıb.
Təhvil verilən mənzillərin çıxarışları da sakinlərə təqdim edilib. Tikinti normalarına uyğun olaraq həyata keçirilən layihə sakinlrin də razılığı ilə qarşılanır.
Sakinlərin bildirdiyinə görə yaşadıqları mənzillər komunal xidmətlərlə tam təmin olunub. Bina sakinlərinin bildirdiyinə görə şirkət rəhbərliyi daim tikintiyə nəzarət edir, onların problemləri ilə yaxından maraqlanır.
Saytımıza verilən məlumatda o da bildirilib ki, 44 günlük Vətən Müharibəsində iştirak edən şirkət işçilərinə və ailələri də diqqətdən kənar qalmayıb. Belə ki, şirkətin rəhbərliyi tərəfindən onların maaşları ailələrinə göndərilib.
Sakinlərin də dediyindən belə anladıq ki, adıçəkilən şirkət “müştərilərimiz və nüfuzumuz qiymətlidir” devizi altında fəaliyyət göstərir.
Buna görə də şirkət öhdəliklərini mütəmadi olaraq yerinə yetirir, işin keyfiyyəti və sakinlərin razı salınması üçün əllərindən gələni edirlər.
Şirkətin heyəti ən yaxşı mütəxəssislərdən - inşaatçılardan, memarlardan, dizaynerlərdən ibarətdir.
Nicat Ocaqlı
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ