kargo

Sel basan kəndlərdən yeni görüntülər - VİDEO

Sel basan kəndlərdən yeni görüntülər - VİDEO

398
Leysan yağışları bir neçə rayonda fəsadlara səbəb olub. Sel suları həyətlərə küçələrə dolub, təsərrüfatlara ziyan dəyib.

Hektarlarla əkin sahəsi su altında qalıb, yollar yararsız hala düşüb.

AMİA.AZ xəbər verir ki, ötən gün qərb bölgəsində havanın qəfil dəyişməsi gücülü yağış, ardından yaranan sel Goranboyun dağ kəndlərində fəsadlar törədib. Küçələrdən axan sel suları həyətlərə dolub, avtomobillərə ziyan vurub. Rayonun Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində çaylarda suyun səviyyəsi artıb. Sel-suları adıçəkilən qəsəbələrdə 20-ə yaxın fərdi yaşayış evinə, 10-a yaxın iaşə obyektinə ziyan vurub, mal-qaranın tələf olmasına səbəb olub.

Sel suları qəsəbənin yollarını da bərbad vəziyyətə salıb. Ərazidə avtomobillərin hərəkəti çətinləşib. Gecə saatlarından aidiyyəti qurumlar selin fəsadlarının aradan qaldırılması üçün işlərə başlayıb.

Tovuz rayonunun ucqar dağ kəndlərində də Güclü yağışdan sonra yaranan sel çayları məcrasından çıxarıb. Kəndlər arası torpaq yollar da selin qurbanına çevrilib. Bundan sonra dəmyə ərazidə əkilən hektarlarla kartof bitkisi də sel sularının altında qalıb. İntensiv yağan dolu kənd təsərrüfatına və meyvə ağaclarına da ziyan vurub.

Gəncədə isə Məhsəti qəsəbəsində küçələri sel basıb, yağış suları evlərə, həyətlərə dolub.Xəzər TV

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ