kargo

Ermənilər Rusiyaya ultimatum verəcək və Azərbaycana qarşı hücuma keçəcək - BU HAQDA ÖZLƏRİ YAZIR

Ermənilər Rusiyaya ultimatum verəcək və Azərbaycana qarşı hücuma keçəcək - BU HAQDA ÖZLƏRİ YAZIR

904
Müasir media resurslarını Telegram kanallarsız təsəvvür etmək qeyri-mümkündür. Düzdür, informasiyaları operativ şəkildə çatdıran informasiya agentlikləri çoxdur. Son vaxtlar onlar hazırladıqları məlumatları tez çatdırmaq üçün özləri üçün Telegram kanalları da yaradırlar. Bu resursun üstünlüyü isə informasiyaların qısa və lakonik şəkildə verilməsidir. İstifadəçilərə isə bir neçə cümlə ilə hadisənin məğzi haqda bilgi əldə etmək sərfəlidir. Bu baxımdan Azərbaycan və onun torpaqlarını 30 il işğalda saxlayan Ermənistanın Telegram kanallarına yaşadığımız bölgədə giriş daha çoxdur, çünki hələ də Qarabağın bir hissəsində erməni separatçıları hökmranlıq edir, əraziyə müvəqqəti gətirilən rus sülhməramlıları da onların qazdıqları səngərlərə, yaratdıqları hərbi hissələrə yalnız seyrçi gözü ilə baxırlar.

2-ci Qarabağ savaşı zamanı yaranan və ermənilərə məxsus olan SisMasis Telegram kanalı da belə resurslardan biridir və gecə-gündüz Azərbaycan və Türkiyəyə qarşı qara yaxmalarla məşğul olur. Düzdür, çox zaman özləri də fərqinə varmadan gələcək məkrli planlarını üzə çıxarırlar.

Bu gün yayılan “Arsax”ın (Qarabağdakı qondarma rejim) Azərbaycana verilməməsi və Azərbaycanın tərkibində muxtariyyət kimi tanınmaması üçün “Arsax” sakinləri nə etməlidirlər?” adlı yazıda bəzi mətləblər üzə çıxır.
Həmin yazıda belə deyilir:

“Arsax sakinləri istisnasız olaraq anlamalı və qəbul etməlidir ki, Arsax heç vaxt Ermənistandan başqa digər ölkələrin tərkibində olmamalıdır. Gəlin, bunu daha çox addımlar atılmalı olan baza prinsipləri adlandıraq. Yəni, böyükdən-kiçiyə hamı başa düşməlidir ki, Arsaxın müstəqil, sonra isə istəsə Ermənistanın bir hissəsi olmaqdan başqa çıxış yolu yoxdur və ola da bilməz, təhlükəsiz olmağın yeganə yolu budur.

Əvvəllər yazmışdıq ki, Arsax Rusiyanın bir hissəsi olarsa, onun başına nə gələcək. Yəni biz bunu da istisna etməliyik, çünki hələ ölməmişik ki, hansısa ölkənin tərkibinə daxil olaq.
İndi məsələnin mahiyyətinə gəlincə, Arsax xalqı öz mövqeyini bir daha və açıq şəkildə, daha yaxşı olar ki, Xarici İşlər Nazirliyi və digər strukturlar vasitəsilə bəyan etməlidir ki, Azərbaycanın tərkibində muxtariyyət kimi tanınacağı təqdirdə ya yeni müharibəyə başlayacağıq, ya da Arsaxı tərk edəcəyik. Əgər biz ayrılsaq, onda rusların orada işi yoxdur və bu, artıq Rusiyanın maraqlarına zərbədir və rəsmi Moskva buna imkan verməyəcək.

Biz Rusiyaya ultimatum verməliyik, lakin bundan əvvəl Arsax siyasətçilərinin vuran “topları” olmalıdır. Və belə halda onlar da muxtariyyəti tanısalar, o zaman biz Ermənistana köçməyəcəyik, yeni müharibəyə başlayacağıq və bu isə Rusiya üçün faydalı deyil, çünki onlar üçün ikinci cəbhə açılacaq. Yaxşı, biz onda nəyin xeyirli, nəyin ziyanlı olduğunu düşünməməliyik, yalnız özümüzə faydalı olanı fikirləşməliyik, elə etməliyik ki, bizi türklərlə birləşdirməyə çalışmasınlar. Biz bütün xalq olaraq sona qədər döyüşməyə hazır olmalıyıq, çünki Arsaxı, sonra isə Ermənistanı sona qədər itirməkdənsə hamının ölməsi yaxşıdır. Çünki utanc içində yaşamaq Vətən uğrunda döyüşdə ölməkdən daha pis və alçaldıcıdır!

Təbii ki, elə insanlar var ki, Vətən uğrunda ölməyə hazır deyillər və onlar üçün yalnız mədəsi və ailəsi önəmlidir və əgər belə axmaq ermənilər indi bu yazını oxuyur və hesab edir ki, Vətəni müdafiə etməyə borclu deyil. Onda həmin erməni sadəcə düşmənin mövqeyindən çıxış edir.

Və beləliklə, qısa bir nəticə: biz öz maraqlarımızı müdafiə etməyə borcluyuq. Biz heç kimdən qorxmuruq. Qorxmaq lazım deyil ki, bizim qazımızı, işığımızı kəsəcəklər, neftimizi bağlayacaqlar. Əvəzində hamının altına yıxılmamalıyıq, nəticədə biz dünyaya göstərməliyik ki, öz maraqlarımız var və biz bütün xalq olaraq döyüşüb ölməyə hazırıq. Onda bizə hörmət edəcəklər.

Yeni hökumət məhz elə bir Ermənistan qurmalıdır ki, ona hörmət edək, ona dəyər verək, onunla hesablaşaq, amma bundan əvvəl biz siyasətdən, biznesdən asılı olmayaraq qətiyyətli addımlar atmalıyıq.

Putin tam belə edir, biznesin, pulun ziyanına va-banka gedib, dünyanın yarısına qarşı çıxıb, biz ruslardan pisik? Yox! Bəli, onlar daha güclüdürlər və bunu edə bilirlər, bəs necə güclü oldular? Bəlkə tam olaraq təsvir etdiyim kimi, sadəcə “ürəyə” sahib olmaq və Vətən uğrunda ölməyə hazır olmaq lazımdır. Yalnız bu şəkildə millət və ölkə ola bilərik, qalan hər şey lirikadır”.

P.S. Yazının aktuallığı ölkəmizin siyasət və hərb meydanında çalışan insanları maraqlandırmalıdır, çünki ermənilər yalandan “sülh müqaviləsi imzalayacağıq” deyə-deyə yenə də ordusunu möhkəmləndirib hücuma keçəcəklər. Biz isə bu niyyətin qarşısını kəsmək üçün önləyici tədbir görməliyik. O tədbirin ana xəttini isə sərhəddə yerləşən hərbçilərimizin iradəsi və Vətənə bağlılığı təşkil edir. Qalan şey LİRİKADIR.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ