kargo

“Seyid cəddinə arxayın olan kimi, biz də…” - Siyavuş Novruzov

“Seyid cəddinə arxayın olan kimi, biz də…” - Siyavuş Novruzov

800
"Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq".

AMİA.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, büdcədə artan vəsait yeni iş yerlərinin açılmasına, kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına daha çox yönəldilməlidir:

"Qurumlar büdcədən ayrılan vəsaiti müəyyən qədər qənaətlə xərcləməlidir. Naxçıvana aviabiletlərin qiyməti də qalxıb. Mənə elə gəlir, həmin sahəyə müvəqqəti vəsait ayrılsa, insanlar əziyyət çəkməz. O vaxta qədər quru yolu açılar və biz Naxçıvana birbaşa gedərik".
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ